Nəqliyyat
Tbilisi prospektində tıxac necə aradan qaldırılacaq? - TƏKLİF

"Bakıda ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb".
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.
"74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb", - deyə o bildirib.
Vüsal Kərimli, həmçinin qeyd edib ki, paytaxtın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə 1100 ədəd piyada keçidinin monitorinqi aparılıb:
"Bunlardan 398-nin yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. Bu baxımdan piyada keçidlərində işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir".
"Əhalinin məlumatlandırılması məqsədi ilə ALO141.az multifunksional portalı üç dildə - Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. Veb-saytda “gediş planı” bölməsində istifadəçilərə səfərlərini əvvəlcədən planlaşdırmaq üçün sadə üsullar təqdim edilir, piyada, avtobusla və ya metro ilə gedilən məsafə, dayanacaq sayı, şəxsi avtomobillə gedilən yol və sərf edilən vaxt göstərilir. Saytın “Avtobuslar” bölməsində istənilən marşrutun nömrəsini seçməklə, onun getdiyi yol, əsas dayanacaqlar və xəttin uzunluğu, “Yollarda vəziyyət” bölməsində paytaxt yollarındakı sıxlıq barədə məlumat almaq mümkündür. Gələcəkdə saytın mobil tətbiq etməsinin hazırlanması nəzərdə tutulur. Bundan başqa, Agentliyin 107.7 FM radiosu hər 30 dəqiqədən bir yollardakı vəziyyət barədə dinləyicilərə informasiya verir, maarifləndirici verilişlər isə nəqliyyatda qanuni və mədəni davranışa çağırışlar edir", _ deyə V.Kərimli əlavə edib.

-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
-
Sosial11:36
Əli Əsədov yeni qərarlar imzaladı