Nəqliyyat
Əks istiqamətdə hərəkət edən avtobus sürücüsü işdən çıxarıldı
Bakı Nəqliyyat Agentliyi bu gün sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı yayılan videogörüntü ilə bağlı araşdırma aparıb.
BNA-dan Publika.az-a verilən məlumata görə, araşdırma nəticəsində müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib.
“Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü
işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və
buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri
tədbirləri həyata keçirsin.
Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərinin
təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə
yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqedədir və
bu mövqe dəyişməzdir. Məlum videogörüntünü çəkib sosial şəbəkədə
paylaşanlara da ayrıca təşəkkürümüzü bildiririk. Bakı Nəqliyyat
Agentliyi bu gün marşrut şəbəkəsində mövcud problemlərin həllində
məhz bu cür ictimai nəzarətin önəmli olması qənaətindədir”-deyə,
məlumatda bildirilib.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı