• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

DYP-nin evakuatorları ləğv edildi, sabahdan... - RƏSMİ (YENİLƏNDİ)

DYP-nin evakuatorları ləğv edildi, sabahdan... - RƏSMİ (YENİLƏNDİ)

Dövlət Yol Polisinin evakuatorlarının fəaliyyətinin dayandırılması yanlış məlumatdır.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda cərimə meydançalarında qışa hazırlıq prosesi gedir, evakuatorların işləməməsi bununla bağlıdır.

“Yol Polisinin avakuatorları qışa hazırlıqla bağlı iki gün fəaliyyətini dayandırıb. Evakuatorların işləmədiyini görənlər bu cür yanlış məlumat yayırlar. Qışa hazırlıqla əlaqədar cərimə meydançalarında iki günlük müvafiq işlər həyata keçirir. Buna görə də evakuatorlarımız iki gündür işləmir. Cərimə meydançasında iş aparılırsa, maşınları gətirib hara qoymalıyıq? Sabahdan evakuatorlarımız funksional fəaliyyətini davam etdirəcək”, - deyə V.Əsədov vurğulayıb.

***

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb.

Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərdib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir.

Həqiqətən də ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb. Yəni dayanma-durma qaydasını pozan maşınlar cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına maşın aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək. (avtosfer.az)

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR