Nəqliyyat
Bakı metrosunda “Qarabağ” səfərbərliyi

Oktyabrın 18-də Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ilə əlaqədar təkcə, “Koroğlu” metrostansiyası deyil, digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
“Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün müxtəlif tədbirlər görüləcək. Şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq”.
N.Paşayev onu da vurğulayıb ki, Bakı Metropoliteni” oyundan çıxan bütün sərnişinləri qəbul etmək iqtidarındadır.
“Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunlarında da bu tətbiq edilib”.

-
Region22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb