"Azəravtoyol"-dan Bakı-Qazax-Gürcüstan yolu ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Nəqliyyat

"Azəravtoyol"-dan Bakı-Qazax-Gürcüstan yolu ilə bağlı XƏBƏRDARLIQ

"Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

"Azəravtoyol"-dan Publik.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm