Nəqliyyat
Bakı metrosunda təhlükəsizlik çəpərləri quraşdırılacaq? - RƏSMİ AÇIQLAMA
Metro stansiyalarında intiharların və ya ehtiyatsızlıqdan baş verən bədbəxt hadisələrin qarşısını almağın yollarından biri də platformalarda təhlükəsizlik çəpərlərinin quraşdırılmasıdır.
Publika.az xəbər verir ki, bu praktika dünyanın bir çox böyük şəhərlərində metrolarda tətbiq olunur.
Bakı metrosunda belə təhlükəsizlik sədlərinin quraşdırılması mümkündürmü?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-in bu mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Bakıda metro stansiyalarda hələlik belə bir təhlükəsizlik səddi nəzərdə tutulmayıb:
"Bu elə bir mexanizmdir ki, stansiya tikilərkən layihədə nəzərə alınmalıdır. Yəni qatar platformada dayanarkən onun qapıları ilə bu səddin qapıları eyni anda açılıb bağlanmalıdır.
Bilirsiniz ki, Bakı metrosunda əksər stansiyalar sovet dönəmində tikilib və belə bir mexanizm nəzərdə tutulmayıb. Ona görə də bu sistemi tətbiq etmək mümkün deyil".
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...