"Sovetski"də böyük avtomobil dayanacağı tikiləcək
Bizi izləyin

Nəqliyyat

"Sovetski"də böyük avtomobil dayanacağı tikiləcək

Yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12.6 min m2 sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu barədə “Azəravtoyol”ASC-nin bu ilin 9 ayı üzrə hesabatında qeyd olunur.

Hesabtada bildirilir ki, Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin I mərhələdə 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Bu ilin 9 ayı ərzində cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq, respublikanın 48 rayonunda 6 respüblika əhəmiyyətli, 41 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti və yenidənqurma işləri davam etdirilib.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan-Şorsulu hissəsinin tikinti işlərininin bu ilin dekabr ayında, Şorsulu-Cəlilabad yolunda təmirinin 2019-cu ildə başa çatdırılması, Masallı-Astara yolunda tikinti işlərinin bu ilin sonuna, Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun Müşviqabad-Çəngi hissəsində bu ilin sonuna, Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə və Aran-Qarağac hissəsinin gələn ilin sonuna başa çatdırılması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm