Bu yollarda hərəkət məhdudlaşır
Bizi izləyin

Nəqliyyat

Bu yollarda hərəkət məhdudlaşır

Sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, məhdudiyyət təmir işləri ilə əlaqədardır və işlər bitənədək qüvvədə saxlanılacaq.

Sürücülərdən alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm