Nəqliyyat
Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşür
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.
Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.
2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.
Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir.
Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə
hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata
keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km
uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu
153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin
reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan
tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik
dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon
dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı
ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait
ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə
müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit
tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına
nəzarət edən məşvərət orqan - Koordinasiya Şurası yaradılıb.
Qeyd edək ki, Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli
1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən,
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin Marabda-Axalkalaki
hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə
ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi
və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin
həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.
Sərəncama əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilib.
Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974
nömrəli sərəncamına uyğun olaraq, "Bakı-Tbilisi-Qars yeni dəmir
yolu" layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF)
həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti
adından kreditləşmənin təşkili və bank xidmətinin həyata
keçirilməsi üzrə agent bank "Azərbaycan Beynəlxalq Bankı" ASC təyin
edilib.
Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017
tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon
dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1
milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən
Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli
Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər
dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin
layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və
istismarı üçün yaradılmış "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin
hesabına köçürülüb.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk konteynerlərin daşınması
"ADY Konteyner" MMC-yə həvalə olunub. (apa)
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ