3 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdi
Bizi izləyin

Nəqliyyat

3 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdi

Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində təmir işlər başa çatıb.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 ərazi asflatlanıb.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunub. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

Qeyd edək ki, təmir işləri ilə əlaqədar olaraq “BakuBus”MMC-nin 3 saylı marşrut xətti də hərəkət istiqamətini dəyişmişdi.Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar dekabrın 11-dən Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə öz hərəkətini davam etdirirlər. Təmir işləri başa çatdığından 3 saylı marşrut xəttinin əvvəlki hərəkət istiqaməti bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm