Nəqliyyat
Cəriməsi olan sürücülərə BƏD XƏBƏR - QADAĞALAR gəlir
Yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən sürücülər cərimələrini ödəmədiyi halda sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək.
Publika.az xəbər verir ki, buniu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər ediləcək.
“Bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan (o cümlədən addan-ada keçirərkən), texniki baxışdan keçirən, sürücülük vəsiqəsini dəyişdirən sürücülərin yol hərəkəti qaydalarını pozduğuna görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək. Yəni, qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək".
Ekspert sürücülərə bu problemlərlə qarşılaşmasınlar deyə yol hərəkəti qaydalarını pozmamağı, pozduqda isə cəriməni vaxtında ödəməyi tövsiyə edir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna bu və digər dəyişikliklər bu gün Milli Məclisdə müzakirə ediləcək.
Gülxar
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ