• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Bakı sakinlərinə ŞAD XƏBƏR - Yeni tunel salınır

Bakı sakinlərinə ŞAD XƏBƏR - Yeni tunel salınır

Bakıda yeni tunel tikilir. Bu tunel Bakının hər gün üz-üzə qaldığı tıxac probleminin həllində böyük rol oynayacaq.

Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl Bakı Olimpiya Stadionun qarşısından yolun əks istimqamətinə qədər uzanacaq tumelin tikintisinə başlanılıb. Bu tunel Ziya Bünyadov (Dərnəgül) prospektindən gələn və üzü Hava Limanı istiqamətində hərəkət edən sürücülərin işini asanlaşdıracaq. Belə ki, Ziya Bünyadov prospektindən gələn sürücülərin “Koroğlu” metrostansiyası və ya “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edib, oradan da Hava Limanı istiqamətinə- Heydər Əliyev prospektinə qayıtmasına ehtiyac olmayacaq.

Sürücülər Ziya Bünyadov prospektindən “Atletlər Kəndi”, Bakı Olimpiya Stadionu istiqamətində (SOCAR Yanacaq Doldurma Məntəqəsinin yanından) hərəkət edərək bu tunelə doğru hərəkət edə biləcəklər. Bu yolla birbaşa Hava Limanı istiqamətinə üz tutmuş olacaqlar. Tunel Olimpiya stadionun qarşısından Heydər Əliyev prospektinin Hava Limanı istiqamətinə doğlu uzanacaq və prospektə birləşəcək.

"Azəravtoyol" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, inşasına başlanılan tunelin bu il ərzində təhvil verməsi planlaşdırılır. ASC rəsmisi qeyd edib ki, bu layihə Bakıda hər gün “Koroğlu” metrostansiyası ətafında yaranan tıxacın aradan qaldırılmasına təsir edəcək.

Qeyd edək ki, günün bir çox saatlarında, xüsusi ilə də axşam saatlarında “Koroğlu” metrostansiyası ətrafında avtomobil və piyada sıxlığı müçahidə olunur. Bu sıxlıq həmçinin Zİya Bünyadov prospektində də tıxacın yaranmasına səbəb olur.

Bildirək ki, “Koroğlu” metrostansiyası ətrafında yaranan tıxacın aradan qaldırılması üçün başqa təkliflər də hazırlanıb. Sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb.

Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi planlaşdırılır. Qeyd edilən təklif reallaşacağı təqdirdə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun pramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlanacaqlar. Hazırlanan təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR