Nəqliyyat
Sürücü işləmək istəyənlərə ƏLA FÜRSƏT
Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.
BNA-dan Publika.az-a verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək.
Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün məhkumluq haqqında arayış (ASAN Xidmətdən), ümumi tibbi arayış, “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsini təqdim edilə bilər.
Qeyd edək ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-nin yaradılmasında da əsas məqsəd, bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır.
Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK