Nəqliyyat
Bu avtomobillər üçün texniki baxış müddəti başladı - - VİDEO
Bu ayın əvvəlindən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Cəriməni ödəməyən sürücülərin avtomobilləri texniki baxışdan keçirilməyəcək.
Publika.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev deyir ki, yanvarın 1-dən etibarən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib.Buna görə də,sürücülər texniki baxışdan keçmədən öncə törədilən müvafiq inzibati xəta ilə bağlı cərimələri ödəmələri tövsiyə olunur.
Kamran Əliyevin sözlərinə görə ,əgər ödəniləcək cərimənin müddəti 2 ayı keçməyibsə bu halda da sürücülərin narahat olmasına ehtiyyac yoxdur.Törədilən inzibati xəta ilə bağlı materiallar hər hansısa səbəbdən yəni,sahibi və ya nəqliyyat vasitəsini idarə edən şəxs qeydiyyat ünvanı üzrə yaşamırsa, həmin avtomobilin sahibini tapıb sənədləri ona çatdırmaq mümkün olmayıbsa belə vəziyyətdə də sürücülər nəqliyyat vasitəsini texniki müayinədən rahatlıqla keçirə bilərlər.Əsas yenilik isə, texniki baxışdan keçməyən sürücülərin xüsusi avadanlıq vasitəsilə aşkar edilərək cərimə olunması ilə bağlıdır.
İdarənin Dövlət Avtomobil müffətişi Elgiz Teymurov deyir ki,sürüclər əksər hallarda qoyulan müddətin sonuna yaxın müayinə mərkəzinə gəlirlər ki,bu da sıxlığın yaranmasına səbəb olur
Qeyd edək ki,yanvarın birindən başlayan MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprelin 30-də bitir.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi