Bakı-Şamaxı-Yevlax yolu buz bağladı
Bizi izləyin

Nəqliyyat

Bakı-Şamaxı-Yevlax yolu buz bağladı

Bakı-Şamaxı-Yevlax avtomobil yolu və kənd ətrafı yollar buz bağlayıb. Avtomobillərin hərəkəti çətinləşib.

Bu barədə Publika.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, qış fəsli ilə əlaqədar havanın temperaturunun aşağı düşməsi və yolların buz bağlaması normal haldır:

"Dünyanın bütün ölkələrində hava şəraitinə uyğun olaraq yollarda müəyyən çətinliklər yarana bilir. Yollarda yaranan problemlə əlaqədar olaraq, tərəfimizdən tədbirlər görülüb. Xüsusilə sürücülər qış fəslində avtomobilləri yay şinləri ilə idarə etdikləri üçün, müəyyən sürüşmə hadisələri qeydə alına bilər. Hava şəraiti mənfi 7 dərəcədən aşağı düşəndə yay şinləri, qış şinləri ilə əvəz olunmalıdır".

A.Nəcəfli qeyd edib ki, xüsusilə Şamaxı rayonunun Acıdərə və Ağsu rayonunun Ağsu dolaylarından keçən hissələrində, Aran rayonlarına gedən yollarda qar yağması ilə əlaqədar yollarda müəyyən qədər buzlaşmalar ola bilər:

"Əməkdaşlarımız tərəfindən hərəkətin çətinləşdiyi ərazilərə yaxın yollara qum və buz qarışığının tökülməsinə başlanılıb. Hazırda heç bir yolda avtomobillərin hərəkəti məhdudlaşmayıb".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm