“Avtoş”lara ŞAD XƏBƏR: Bu ərazi sizin üçündür - - VİDEO
Bizi izləyin

Nəqliyyat

“Avtoş”lara ŞAD XƏBƏR: Bu ərazi sizin üçündür - - VİDEO

Avto-xuliqanlar əsasən, gənclərdir. Yaşlı insanlar hər halda xuliqanlıq etmirlər.

Publika.az xəbər verir ki, bunu avto-xuliqanlarla bağlı fikir bildirərkən millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, əsasən, qəzalara səbəb kimi gəncləri görür:

“Yaşlı insanlar avtomobillərini yol hərəkəti qaydalarını pozaraq idarə etmirlər. Qəzaları daha çox gənclər edir. Yol hərəkəti qaydalarını pozur və qəza törədirlər. Ona görə də gənclərin yönləndirilməsinə ehtiyac var”.

Ekspert Elməddin Muradlı isə ARB-də yayımlanan sujetdə bildirib ki, illər öncə bu kimi hərəkətlərə yol verən sürücülərə rəğbət bəslənsə də, indi vəziyyət tamam fərqlidir. Artıq insanlar avto-xuliqanlıq videoları görəndə bir az təəccüblə yanaşırlar:

“5 il bundan qabaq tamam başqa cür idi. Buna adi hal kimi baxırdılar. Çünki Bakının hər küçəsində, hər yolunda belə hallar baş verirdi. Artıq təhlükəsizlik kamerlarının quraşdırılması, yol polisinin bu sahəyə nəzarəti gücləndirilməsi yaxşı nəticə verdi”.

Ekspert onu da qeyd edib ki, Bakı şəhərində avtoşluq etmək istəyənlər üçün xüsusi yer var:

“Bakı Olimpia Kompleksinin ərazisində bu kimi tədbirlər keçirilir. Təhlükəsizlik şərtlərinə əməl etməklə orada müəyyən baryerlər quraşdırılır, təkərlərdən mühafizə səddi qoyulur və digər elementlərə diqqət yetirməklə təlimlər keçirilir”.

Avtoşluq bir xəstəlik, bir hiss, bir adrenalin ola bilər. Amma insan həyatını təhlükəyə atacaq qədər vacib əməl sayıla bilməz. Bunun üçün də risk etməyə dəyməz. Ən azından sağlam həyat və sağlam cəmiyyəti düşünmək yetər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra bu kimi əməllərə yol verən sürücülərə qarşı sərt qərarlar çıxarılıb.

Xatırladaq ki, paytaxtın inzibati ərazisində 23 yol polisinin təqibi ilə süni tıxac vasitəsilə saxlanılan 33 yaşlı paytaxt sakini Ramin Ağasıyevın avtoşluğu əsas yaddaqalan hadisə olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm