"BakuBus"da daha bir qalmaqal - VİDEO
Bizi izləyin

Nəqliyyat

"BakuBus"da daha bir qalmaqal - VİDEO

Sərnişin ödəniş tələb edən sürücünü təhqir edib.

“BakuBus”MMC-dən Publika.az-a verilən məlumata görə, hadisə ötən gün saat 18:48-da "BakuBus"a məxsus 90JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib.

“Sərnişin qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olur və sürücü mikrafonla sərnişinə xəbərdarlıq edir. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə kifayət qədər yaşı olan sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayır və onun üzərinə gəlir. Ətrafadakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir”.

“BakuBus”MMC-nin məlumatında qeyd olunur ki, öz hüquqi qiymətini alması üçün hadisə ilə bağlı videogörüntülər aidiyyatı üzrə təqdim olunacaq:

“BakuBus” olaraq bu cür sərnişinlərimizi bir daha ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etməyə dəvət edirik. Nəzərə almaq lazımdır ki, bu kimi qaydalara zidd hərəkətlər sükan arxasında əyləşən, onlarla sərnişinin həyatı üçün məsuliyyət daşıyan sürücülərin psixoloji vəziyyətinə mənfi təsir etməklə yanaşı, təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilmsinə ciddi maneə yaradır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm