Cavan oğlandan “BakuBus” sürücüsünə qarşı BİABIRÇI HƏRƏKƏT: söydü, üzünə tüpürdü və... - VİDEO
Bizi izləyin

Nəqliyyat

Cavan oğlandan “BakuBus” sürücüsünə qarşı BİABIRÇI HƏRƏKƏT: söydü, üzünə tüpürdü və... - VİDEO

Bakıda avtomobil sürücüsü “BakuBus”un sürücüsünü təhqir edib.

“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin Publika.az-a verdiyi məlumata görə, hadisə fevralın 28-də saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər m/s dayanacağına daxil olarkən baş verib.

“Təqdim olunan görüntüdə 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlaması, avtobusun dayanacağa daxil olmasına maneə yaratdığı və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir etdiyi əks olunur.

“BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.

Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün vəchlə öz hərəkətinə haqq qazandırmaqdan, yaşlı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.

Onu da qeyd edək ki, avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən, ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müracit olunub. Hadisəyə hquqi quiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək”-deyə, M.Piriyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm