Martın 19-da bu yollar bağlı olacaq - SİYAHI
Bizi izləyin

Nəqliyyat

Martın 19-da bu yollar bağlı olacaq - SİYAHI

Martın 19-da keçiriləcək Novruz bayramı şənlikləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, martın 19-da səhər saatlarından Bakı-Ələt magistralının 14-cü kilometrliyindən, "20-ci sahə" dairəsindən, Bayıl qəsəbəsindən, Bayraq Meydanı ətrafından, "Dalğa Plaza" inzibati binasının yanından paytaxtın Azneft dairəsi, Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Novruz bayramı şənliklərinə qatılan insanların təhlükəsizliyini və onların intensiv hərəkətini təmin etmək məqsədilə Neftçilər prospektinə gedən, kəsişən küçələrdə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan başqa, şənliyin keçirildiyi ərazilərdə avtomobillərin park edilməsi qadağan olunacaq. Nəqliyyat vasitələrini yalnız "Azadlıq" meydanının altındakı dayanacaqda park etmək olar.

O, vətəndaşlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.

Martın 19-u saat 13:00-da məhdudiyyət aradan qaldırılacaq və həmin küçələrdə nəqliyyatın hərəkəti bərpa olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm