Bu yolda hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Nəqliyyat

Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 May küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm