Nəqliyyat
Sərnişin özünü avtobusun qarşısına atdı - "BakuBus"la bağlı növbədi İNSİDENT
"BakuBus" MMC-yə məxsus avtobusun sürücüsü ilə sərnişin arasında konflikt yaranıb.
Hadisə 2 saylı marşrut xətti üzrə hərəkət edə 99-JX-277 dövlət nömrə nişanlı avtobusda qeydə alınıb.
Sürücü Xaqani Məmmədhəsənovun iddiasına görə, sərnişin onu təhqir edib və avtobusu saxlamaq üçün onun qarşısına keçib. Z.Məmmədhəsənov məsələ ilə bağlı polisə şikayət edib və hadisə yerinə gələn polislər vətəndaşı polis bölməsinə aparıblar.
İnsident nəticəsində avtobusun hərəkət qrafiki pozulub və sərnişinlər həmin marşrut üzrə hərəkət edən növbəti avtobusla yola salınıb.
"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev hadisədən xəbərdar olduqlarını və məsələni araşdırdıqlarını deyib: "Bu gün səhər saat 08:40 radələrində 2 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-277 dövlət qeydiyyat nişanlı avtobus metronun "20 Yanvar" stansiyası dayanacağından sərnişinləri götürüb çıxarkən bir sərnişin qarşı tərəfdən yolu keçərək yaxınlaşıb və avtobus artıq yolun hərəkət zolağına daxil olduğunu, qapıların bağlandığını və sürücünün saxlamayacağını görərək özünü avtobusun önünə atıb ki, sürücü yolun ortasında qapını açsın və o, avtobusa daxil olsun. Sürücü isə avtobusun hərəkətini dayandıraraq yaxınlıqdakı polis əməkdaşlarını əraziyə çağırıb. Daha sonra polislərin nəzarəti ilə avtobusun hərəkəti təmin edilib. Ümumilikdə avtobusun hərəkətində 7 dəqiqəyə yaxın ləngimə yaranıb". (report)
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ