Lənkərandan Moskvaya birbaşa reys açılır
Bizi izləyin

Nəqliyyat

Lənkərandan Moskvaya birbaşa reys açılır

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm