Bakıdan Rusiyaya sürətli sərnişindaşıma xidməti yaradılacaq
Bizi izləyin

Nəqliyyat

Bakıdan Rusiyaya sürətli sərnişindaşıma xidməti yaradılacaq

Bakıdan Rusiya Federasiyasına qədər sərnişinlərin daşınması üçün sürətli elektrik qatarlarından istifadə olunacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, bu fikirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Dağıstan Respublikasının xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

C.Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yeniləşmələrdən, o cümlədən Azərbaycan dəmir yolunun beynəlxalq nəqliyyat layihələrində iştirakından geniş söz açıb, bu layihələrin region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, turizm sahəsində də əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərin həyata keçirildiyini xatırladıb.

Həmçinin dəmir yolu vasitəsilə yük və sərnişin daşınmalarında gömrük prosedurlarının sadələşdirilməsi, Rusiya Federasiyasından gələn turistlərin məhz dəmir yolunun imkanlarından istifadə etməklə ölkəmizin ərazisinə daxil olması müzakirə olunub. Qeyd edilib ki, hazırda Şahdağ idman kompleksinə dəmiryolu xəttinin çəkilməsi qərara alınıb və bu da ölkələrimiz arasında turizmin möhkəmlənməsinə köməklik göstərəcək.

C.Qurbanov həmçinin gələcəkdə Bakıdan Dağıstan Respublikası daxil olmaqla Rusiya Federasiyasına qədər sərnişinlərin daşınması üçün “Stadler Rail Group”-un istehsal etdiyi sürətli elektrik qatarlarından istifadə olunacağını da vurğulayıb.

Qonaqlar öz növbəsində ölkəmizdə və dəmir yollarında həyata keçirilən əsaslı dəyişiklikləri yüksək qiymətləndirib, bunun qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar. Görüşdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da artan xətt üzrə davam etdirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm