Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb

Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən uzunluğu 15 km olan Siyəzən-Məşrif yolu yerli əhəmiyyətli avtomobil yollarının siyahısına daxil edilib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri 2015-ci ilin mayında yekunlaşıb, həmin il avqustun 8-də prezident İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. Bu yol Siyəzən rayonun 20 yaşayış məntəqəsini birləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm