• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Daha bir avtobusun hərəkət istiqaməti dəyişdi

Daha bir avtobusun hərəkət istiqaməti dəyişdi

H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobusların hərəkət istiqaməti dəyişib.

Bu barədə Publika.az-a “BakuBus”MMC-dən məlumat verilib.

Məlumata görə, qeyd edilən avtobuslar müvəqqəti olaraq 28 May m\st-ndan D.Əliyeva küç , K.Səfərəliyeva küç, Neftçilər pr., Nobel pr, Zığ yolu, Zığ beton yolu ilə və Hava Limanına və əks istiqamətdə Zığ beton yolu, Zığ yolu, Nobel pr, Xocalı pr (Ş.İ.Xətai m\st-ı), Y.Səfərov küç. 28 May m\s istiqaməti üzrə hərəkət edir.

Hərəkət istiqamətinin dəyişməsinə səbəb Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları və Sabunçu yol qovşağından, Böyükşor yol qovşağınadək olan hissəsində aparılan yol təmir işləri ilə əlaqədardır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR