“Xırdalan dairəsi” bağlanır
Bizi izləyin

Nəqliyyat

“Xırdalan dairəsi” bağlanır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin Publika.az-a daxil olan birgə məlumatında qeyd olunur ki, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm