• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR