• USD 1,7000 0,00% EUR 2,0331 -0,13%
    • GBP 2,3391 -0,10% RUB 0,0222 -0,45%

AZAL təyyarəsi quşla toqquşdu

AZAL təyyarəsi quşla toqquşdu

AZAL təyyarəsi uçuş zamanı quşla toqquşduğu üçün hava limanına qayıtmalı olub.

Publika.az xəbər verir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda deyilir: "AZAL-ın J2-080 İstanbul (IST) - Bakı (GYD) reysi ilə səyahət edən sərnişinlər üçün məlumat.

Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı təyyarənin quş ilə toqquşması ilə əlaqədar olaraq, hava gəmisinin komandirinin qərarı ilə təyyarə İstanbul hava limanına qayıdıb.

Bu reysin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edək ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq.

Yaranan narahatlığa görə üzr istəyirik".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR