Bakı Metropoliteni: "B3" gələn il istifadəyə veriləcək
Bizi izləyin

Nəqliyyat

Bakı Metropoliteni: "B3" gələn il istifadəyə veriləcək

"Bakı Metropoliteninin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3"adlandırılan stansiyasında tikinti işləri sürətləndirilib.

Publika.az xəbər verir ki, bu barədə "Bakı Metopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O bildirib ki, stansiyada artıq son model, ən müasir standartlara cavab verən avadanlıqların quraşdırılmasına başlanılıb:

"Digər stansiyalardan fərqli olaraq, yeni nəsil avadanlıqlardan istifadə olunur. Bu gedişlə stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci rübündə sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm