Bu küçədə yeni yol keçidləri təşkil olunacaq
Bizi izləyin

Nəqliyyat

Bu küçədə yeni yol keçidləri təşkil olunacaq

Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bu yay icra ediləcək mühüm layihələrdən biri Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlıdır.

O qeyd edib ki, şəhər mərkəzinə əsas giriş hesab edilən bu küçənin Mehdi Mehdizadə və Nizami küçələri ilə kəsişməsində yeni yol keçidlərinin təşkili planlaşdırılır: "Bu isə öz növbəsində, Bakı şəhərinin şərq və qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və nəqliyyat axınının daha düzgün yayılmasını təmin edəcək". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm