Axşama qədər bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Nəqliyyat

Axşama qədər bu yollarda hərəkət məhdudlaşdırılacaq

Paytaxtın Nefçilər prospekti istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.

Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm