Nəqliyyat
Göyçayda selin dağıtdığı körpü YENİDƏN ÇÖKDÜ - FOTO
İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, bu gün həmin ərazidə çökmə baş verib.
APA-nın xəbərinə görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub. Bu gün səhər saatlarından indiyədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.
Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidi tamamilə dayanıb, tıxac yaranıb.
Qeyd edək ki, selin dağıtdığı avtomobil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər