Bakı metrosunda HƏYƏCAN: sərnişinlər qatardan boşaldıldı
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda HƏYƏCAN: sərnişinlər qatardan boşaldıldı

Bu gün səhər saat 08.30 radələrində "Dərnəgül"istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

Publika.az-ın hadisə yerində olan əməkdaşı bu haqqda məlumat verib.

"Bakı Metropoliteni" QSC-nin metbuat xidmetinin rəhbəti Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki,"Dərnəgül"istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, "Azadlıq" stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur: " Yalnız "Dərnəgül" stansiyasında problem olur. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər "Azadlıq" stansiyasında qatardan boşaldılsın. Yalnız sərnişinlərin təhlükəsizliyi baxımından heç bir problem yoxdur".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm