Metronun bütün stansiyalarında hərəkət bərpa olundu - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Metronun bütün stansiyalarında hərəkət bərpa olundu - (YENİLƏNDİ)

Bakı Metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət bərpa olunub.

Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, yaranan problem aradan qaldırılıb və sərnişinlər stansiyadan istifadə edə bilərlər.

***

Hazırda elektrik enerejisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir.

Publika.az xəbər verir ki, bu barədə metropolitenin mətbut xidmətininin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.

Elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm