Paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edildi
Bizi izləyin

Nəqliyyat

Paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edildi

Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirib ki, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə Agentliyin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm