Bakı metrosunda QORXULU ANLAR - Sərnişinlər tuneldə qaldı - - VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda QORXULU ANLAR - Sərnişinlər tuneldə qaldı - - VİDEO

Ötən gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı Metropolitenində sərnişinlərin həyəcanlı anlar yaşaması barədə görüntülər yayılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, gecə saat 24-də sonuncu sərnişinlər stansiyaya daxil olsa da, onlar mənzil başına çatdırılana qədər metro işləyir: “Bu proses təxminən saat 01:00-dək davam edə bilir. Hadisə baş verəndə gecə saat 00:20-də həm tunel, həm də stansiyalarda da qatar qalmışdı”.

B.Məmmədov bildirib ki, bu cür hallarla bağlı operativ tədbirlər planı var, ona uyğun olaraq sərnişinlər təxliyə edilib: “Bu qaydalara əsasən, metropoliten əməkdaşları-maşinist, dispetçerlərin köməyi ilə sərnişinlər təxliyə edilir, stansiyaya qədər gətirilir. Ötən gecə heç bir sərnişinin səhhətində və psixoloji durumunda problem yaranmayıb. Yay fəsli və gecə saatları olması səbəbindən vaqonlarda sərnişinlərin sayı az olub. Təxminən hər vaqonda 2-3 nəfər olub. Sərnişinlərin sayı az olduğundan onların təxliyəsində çətinlik olmayıb”.

B.Məmmədov əlavə edib ki, həmin anda dispetçerin əmri ilə bütün stansiyalarda gərginlik kəsildiyindən sərnişinlərin həyatı üçün təhlükə olmur: “Stansiyalarda gərginliyin tam kəsilməsi ilə bağlı məlumat dispetçerə veriləndən sonra sərnişinlərin təxliyəsinə başlanılır. Tədbirlər planına uyğun olaraq ilk növbədə sərnişinlərin təhlükəsizliyi nəzərə alınıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm