BNA: Ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir
Bizi izləyin

Nəqliyyat

BNA: Ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir

Sərnişindaşımada mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirirlir.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, görülən təcili təxirə salınmaz tədbirlər nəticəsində Qara Qarayev prospekti boyunca xüsusən bu istiqamətdə olan metrostansiyalarının ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normllaşmaqdadır. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal fəaliyyət göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var, bu da yollardakı sıxlıqla bağlıdır. Bununla yanaşı Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir:

"Bunun avtobusların hərəkətinə mənfi təsirini azaltmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir. Metronun “20 yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən narahatlıq var idi, artıq bu ərazilərdə də vəziyyətə tam nəzarət edilir. Buradan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar".

Agentlik əhalini maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etməyə çağırır:

"Çünki hazırda hərəkətin təşkilində müəyyən çətinliklər var. Bunların da aradan qaldırılması üçün zəruri işlər görülür.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, bəzi küçə və prospektlərdə svetoforlar işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm