60 əlavə nəqliyyat vasitələri xəttə buraxıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

60 əlavə nəqliyyat vasitələri xəttə buraxıldı - (YENİLƏNDİ)

Hazırda 24 əlavə avtonəqliyyat vasitəsi 20 Yanvar m/st - "Avtovağzal" m/st üzrə sərnişin axınını nizamlamaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı Nəqliyyat Agentliyi ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir.

Bu barədə Publika.az-a DANX-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Dövlət Bakı Beynəlxalq Avtovağzal kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq xidmətə təqdim edib.

“Dünən axşam saatlarından metronun "Koroğlu" stansiyası ətrafından sərnişinlərin gediş gəlişini təmin etmək üçün Bakı ətrafı qəsəbələrə DANX-nin tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib. Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər. Ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib. Ehtiyac olarsa avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər "Neftçilər", "Əhmədli", "20 yanvar" metro stansiyalarının önüdür. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir”.

***

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ehtiyat nəqliyyat vasitələri ərazilərdədir.

Xidmətdən Publika.az-a verilən məlumata görə, Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın hərəkətindəki sıxlığı nəzərə alaraq sərnişinlərin əlavə nəqliyyat vasitələri ilə təmin edir.

“Bakı Nəqliyyat Agentliyinin işinə dəstək olaraq həm müfəttişlərimiz, həm də xüsusi ehtiyat nəqliyyat vasitələrimiz ərazidədir. Cəlb etdiyimiz əlavə nəqliyyat vasitələri tam ödənişsiz əhaliyə xidmət göstərir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm