• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

265 yol qəzası oldu, 100-ə yaxın insan həyatını itirdi - Vaqif Əsədov AÇIQLADI (ÖZƏL)

265 yol qəzası oldu, 100-ə yaxın insan həyatını itirdi - Vaqif Əsədov AÇIQLADI (ÖZƏL)

“İlin əvvəlindən bu günə qədər 265 yol qəzasında 94 nəfər ölüb”.

Bu sözləri Publika.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, 2018-ci ilin əvvəlindən bu günə qədər ölkədə 265 müxtəlif dərəcəli yol qəzası qeydə alınıb:

“Qeydə alınan 265 yol qəzasında 94 nəfər ölüb, 349 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Eyni zamanda, yol polislərinin bu zaman kəsiyində gördüyü tədbirlər sayəsində 333 min 855 inzibati protokol tərtib edilib. Tərtib olunan protokolların sayından da göründüyü kimi, təhülkəsizliyin nə dərəcədə təmin edildiyi görünür. Bu istiqamətdə görülən işər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarır”.

Könül

Xəbər lenti

DAHA ÇOX XƏBƏR