Metronun fəaliyyəti bərpa edildi - - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Metronun fəaliyyəti bərpa edildi - - FOTOLAR

Ötən gün axşam saatlarından fəaliyyəti dayandırılan “Bakı Metropoliteni”nin fəaliyyəti bərpa edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında məlumatı təsdiqləyib:

“Bu gün saat 13:10-dan etibarən metronun bütün stansiyalarında iş qrafiki üzrə hərəkət bərpa olunub”.

Qeyd edək ki, bu gün səhər saatlarında yerüstü nəqliyyatın üzərinə düşəcək sərnişindaşıma yükünün artan həcmi də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BakıMetropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yaymışdı.

Məlumatda qeyd olunurdu ki, paytaxtda bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Artıq sərnişindaşıma fəaliyyətini bərpa edən Bakı metropoliteni qatarların hərəkətini, iyulun 1-dən tətbiq edilmiş yay hərəkət qrafikinə uyğun olaraq, təmin edib. Bakı metropolitenində səhər saatlarından başlanan test rejiminin, ələlxüsus qatarların hərəkətinin müvafiq sərnişindaşıma parametrləri səviyyəsinə çatdırılmasının, eləcə də metropolitenin digər infrastrukturunun sərnişindaşımaya hazırlığının adi iş rejiminə uyğunlaşdırılması səbəbilə normal iş qrafikinin tətbiqi dərhal təmin edilib.

Qeyd edək ki, elektrik enerjisinin birinci dəfə kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə stansiyalar bağlandıqdan və az sayda olan sərnişinlərin mənzil başına çatdırıldığı vaxt baş verdiyindən onların təxliyəsi böyük çətinlik törətməyib. Xətlərdə hərəkət edən qatarlarda qalmış sərnişinlər, Bakı metropoliteninin müvafiq təlimat tələblərinə uyğun olaraq, hər hansısa problem yaşanmadan təxliyə edilib.

Dünən axşam saatlarında elektrik təchizatının yenidən kəsilməsi nəticəsində qatarlar hərəkətini davam etdirə bilməyib. Belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlər planına görə, stansiyalar sərnişinlərin girişinə bağlanıb və təxliyə tədbirlərinə başlanılıb. Metropolitenin normativ aktlarına uyğun olaraq, sərnişinlərin təxliyəsi ən qısa müddətdə uğurla başa çatdırılıb, tunellər yoxlanılaraq, hərəkətin bərpasına tam hazır vəziyyətə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm