"BakuBus" avtobusları nə vaxta qədər pulsuz işləyəcək? - AÇIQLAMA
Bizi izləyin

Nəqliyyat

"BakuBus" avtobusları nə vaxta qədər pulsuz işləyəcək? - AÇIQLAMA

“BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

“BakuBus” MMC-dən Publika.az-a verilən məlumatda bildirilib ki, iyulun 3-ü saat 19:00 radələrindən etibarən “MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

“Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm