Nəqliyyat
Metronun bu stansiyalarında generator olacaq - RƏSMİ
“Bakı Metropoliteni” müvəqqəti ehtiyaclarını ödəyəcək enerji mənbələri üzərində iş aparılacaq.
Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-də müvafiq işlərə başlanılıb.
“Təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəsinə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək. “Bakı Metropoliteni”nin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastruktrunun tələb olunan minmal enerji təminatını ödəyəcək.Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq”.
Məlumatda bildirilir ki, Sovet dövründə fövqəladə hal, xüsusən də elektrik enerjisinin verilişi kəsildiyi halda, qatarların tunellərdən çıxarılması məqsədilə metropolitenin ehtiyat enerji mənbəyi ilə təmin edilməsi nəzərdə tutulmayıb:
“Stansiya və tunellərin qəza işıqlandırılması, həmçinin
dispetçer strukturlarının işinin təşkili Bakı metropoliteni
yarımstansiyalarında quraşdırılmış akkumulyatorlar vasitəsilə təmin
edilir. Lakin xüsusi hallarda metropolitenin ehtiyat elektrik
təchizatı mənbəsi ilə təmin edilməsi, dövlət rəhbərinin qeyd etdiyi
kimi, mühüm, həm də xüsusi yanaşma tələb edən geniş məsələdir. Onu
qeyd etmək kifayətdir ki, metropolitenin elektrotexniki avadanlıq
və qurğuları müxtəlif gücə malik 220 transformatorla təmin edilir
və bu da aylıq 12 milyon kV/saat təşkil edir.
Əlbəttə, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə
həlli mümkün olmayan məsələ yoxdur. Məsələnin bir neçə həll
istiqaməti var. Ölkənin və paytaxtın elektrik enerjisi ilə
təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən bu
sənaye sahəsini aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir
mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin
həlli ilə bağlı təkliflər hazırlanacaq.
Artıq "Bakı Metropoliteni" QSC-də bununla əlaqədar mühüm işlərin
görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə
çıxarılması istiqamətində işlərə başlanılıb”.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...