• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Bu yollarda rənglənmə işləri aparılacaq

Bu yollarda rənglənmə işləri aparılacaq

Paytaxtda bir neçə yolda rənglənmə işləri aparılacaq.

Publika.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sumqayıt-Bakı yolu, Azpetrol dairəsindən Saray postuna kimi, axşam saat 23:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində (Çermet körpüsündən Koroğlu yol qovşağına kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə işləri aparılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR