Yol polisi sürücüləri indi bu səbəbə görə saxladı - - VİDEO
Bizi izləyin

Nəqliyyat

Yol polisi sürücüləri indi bu səbəbə görə saxladı - - VİDEO

Havaların isti keçməsi ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Alayın 8-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan sürücüləri DYP postlarında və yollarda saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan bulaqda sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda, onlara postlarda sərin su da verilir.

DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirsinlər. Bu, onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir. (avtosfer.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm