Çökən yolla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nəqliyyat

Çökən yolla bağlı RƏSMİ AÇIQLAMA

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş verən çökmə ilə əlaqədar "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin"dən açıqlama verilib.

Agentliyuin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Publika.az-a verdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə çökmə baş verib:

"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır".

Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm