Bu marşrutun yolu uzadıldı
Bizi izləyin

Nəqliyyat

Bu marşrutun yolu uzadıldı

199 saylı marşrut xəttinin yolu uzadılıb.

Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki,dəyişiklik sərnişinlərin müraciəti əsasında həyata keçirilib:

“Marşrut xətti Şərq bazarının önündəki dayanacaqdan Masazır dairəsi daxil olmaqla Abşeron Gənclər Şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti Universitetin önündəki dayanacağa qədər uzadılıb. Eyni zamanda xatırladaq ki, "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobuslar vasitəsilə 199 saylı marşut xətti üzrə Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm