
Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.
Publika.az xəbər verir ki, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin bu dəqiqələrdə müşahidə olunan sıxlıq və tıxac barədə məlumat yayıb.
Məlumata görə, hazırda Tbilisi prospekti (20 Yanvar istiqaməti), Xətai prospekti (Təhsil Nazirliyi istiqaməti), Üzeyir Hacıbəyov küçəsi , Akademik Həsən Əliyev küçəsi (“ASAN Xidmət”in qarşısı), 28 May küçəsi (23 saylı məktəbin qarşısı), Koroğlu Rəhimov küçəsi , Bakıxanov küçəsi (Türkiyə Səfirliyi istiqaməti), Rəşid Behbudov küçəsi və Ziya Bünyadov prospektində (Koroğlu metrosu istiqaməti) nisbətən sıxlıq müşahidə edilir.