Azərbaycanda maşın nömrələri ilə bağlı MÜHÜM YENİLİK: bundan sonra...
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda maşın nömrələri ilə bağlı MÜHÜM YENİLİK: bundan sonra...

"Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq".

Publika.az xəbər verir ki, “DİGESTA” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu barədə məlumat verib.

Onun sözlərinə görə, hazırda 001, ..., 100, ..., 111, .... rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur.

"Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Yəni, nömrələr üçün konkret göstərilən məbləğdə deyil, hərrac nəticəsinə uyğun məbləğdə pul alınacaq. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq. Eyni zamanda, adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacaq.
Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm