Qayda pozan piyadaların cəriməsi 2 dəfə artırıldı
Bizi izləyin

Nəqliyyat

Qayda pozan piyadaların cəriməsi 2 dəfə artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Dəyişiklik piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinin müddəti ilə bağlıdır.

Dəyişikliklər aşağıdakılardır:

Maddəyə edilən əlavədə qeyd olunur ki, hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə 40 manat məbləğində cərimə ediləcək.

Bu hal istisna olmaqla, yəni hərəkət sürətinin həddi 80 km/saatdan aşağı müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçdiyinə görə yenə 20 manat məbləğində cərimə ediləcək.

Digər dəyişiklik isə 339-cu (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə edilib.

Maddənin “Qeyd” hissəsində edilən dəyişikliyə əsasən, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İndiyədək bu müddət 10 gün idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm