• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

"BakuBus" avtobusların gecikmə səbəblərini AÇIQLADI

"BakuBus" avtobusların gecikmə səbəblərini AÇIQLADI

"BakuBus" istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb.

Publika.az xəbər verir ki, "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Şəhərin bəzi küçələrində pik saatlarda tıxaclar olur. Bu səbəbdən avtobusların hərəkətində gecikmələr baş verir. Bu baxımdan sərnişimlərin də bizi başa düşməsini istərdik".

O bildirib ki, tıxaclarla yanaşı, taksi sürücüləri də avtobusların fəaliyyətə mane olur: "Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücülərinin dayanması avtobusların dayanacağa girməyə mane olur. Bu həm sərnişinlərin yol ortasında düşməsinə səbəb olur ki, bu, təhlükəlidir. Həm də a dayanacaqlararası intervallarda gecikmələr yaranır".

O, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə tədbirlər görüləcəyini qeyd edib.

Könül

Xəbər lenti

DAHA ÇOX XƏBƏR